Ana səhifə
16 Oktyabr 2018

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 621,8 min dollar pul köçürülüb. APA-nın yerli bürosu Gürcüstanın Milli Bankına istinadən xəbər verir ki, bu, fevral ayının göstəricisi ilə müqayisədə 22,6% çoxdur.

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitinin həcmi isə 4 mln. 338,3 min dollar təşkil edib. Mart ayında qonşu ölkədən Azərbaycana 908,7 min dollar, yanvar-mart aylarında isə 2 mln. 521,2 min dollar köçürülüb.
Ötən ay Gürcüstana xarici ölkələrdən, ümumilikdə 131,1  mln. dollar daxil olub ki, bu da ötən ilin analoji göstəricisindən 17% çoxdur.  Gürcüstana mart ayında ən çox pul köçürmələri Rusiya (38,1 mln. dollar), İtaliya (15,5 mln. dollar) və Yunanıstandan (13, 7 mln. dollar) daxil olub.

Tarix
16 Aprel 2018 [20:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin