Ana səhifə
22 Aprel 2018

Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Cari ilin martın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir. APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevral ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 0,09% azalaraq 5 mlrd. 298,278 mln. dollar təşkil edib. Bu məbləğin 5 mlrd. 211,046 mln. dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox Almaniya (297,976 mln. dollar), Yaponiya (222,668 mln. dollar) və Fransaya (216,518 mln. dollar) borcu var.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana  borcu fevral ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 mln., 68,159, mln. və 9,710 mln. dollar təşkil edib.

Tarix
16 Aprel 2018 [19:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ