Ana səhifə
24 Sentyabr 2018

Sabah Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 15-də Seçki Məcəlləsinin tələblərinə əsasən prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edərək, Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.
Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

Tarix
16 Aprel 2018 [11:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin