Bakı və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi - Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzin rəhbəri Elmira Qədimova deyib. 2017-ci ildə 53 hemofiliyalı xəstənin ilkin qeydiyyata götürüldüyünü bildirən E. Qədimovanın sözlərinə görə, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir.

Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".
Mərkəzin rəhbəri qeyd edib ki, bu gün 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.

Tarix
16 Aprel 2018 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin