Gəncədə yaşayış binasında yanğın olub

09:59 - 16 Aprel 2018 - HADİSƏ

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb.   Ucnoqta.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti