Ana səhifə
19 İyul 2018

"Azərişıq": "Pis hava şəraiti ilə əlaqədar enerji təchizatında ciddi problem olmayıb"

"Hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, paytaxt Bakıda və regionların elektrik enerjisi ilə təchizatında ciddi problemlər yaranmayıb". Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum məlum hava şəraiti üçün əvvəldən hazırlıq işləri görüb: "Ötən gün respublikamızın bəzi dağlıq və dağətəyi ərazilərində küləyin təsirindən elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranmışdı. Əməkdaşlarımızın operativliyi və sayıqlığı nəticəsində qəzanın nəticələri tez bir zamanda aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib. Onu da əlavə edim ki, paytaxt və regionlarda bütün maşın və texnikamız hazır vəziyyətə gətirilib. Baş verə biləcək hər hansı qəzanın yaxud kəsintinin qarşısını almaq üçün əməkdaşlarımız hazırdır".
Tarix
15 Aprel 2018 [17:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin