“Statoil”un baş icraçı direktoru İlham Əliyevi təbrik edib

Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ölkə başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvarıq ki, yeni prezidentliyiniz müddətində Azərbaycana uğurlu rəhbərliyiniz davam edəcək və qlobal enerji sistemindəki mühüm keçid dövründə Azərbaycan dünyanı etibarlı və təhlükəsiz şəkildə enerji ilə təmin edən əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalacaq. “Statoil” Azərbaycan Respublikasının şirkətimizə olan inamına əsaslanan tərəfdaşlığımıza böyük dəyər verir. Zati-aliləri, prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin".
Tarix
15 Aprel 2018 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin