Ana səhifə
19 İyul 2018

MSK sədri: "İradları əsassızdır"

"ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının iradları əsassızdır".   Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.   MSK sədrinin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına münasibət bildirən N. Məmmədov deyib ki, hesabat kimlərinsə fikrinə əsasən hazırlanıb: "Biz seçki məntəqələrində veb-kameraların sayını artırmalıyıq ki, onların da bura gəlməsinə ehtiyac qalmasın, dünya seçkiləri kənardan izləsin. Yoxsa niyə bura gəlib, bu qədər bizim vaxtımızı alırlar. 2,8 faiz məntəqədə bu qədər az qüsur tapıblarsa, bu da seçkinin yüksək səviyyədə keçirildiyini göstərir. Niyə müşahidə missiyası nöqsanlar olan seçki məntəqələrinin adlarını gizlədir? Həmin məntəqələri açıqlasalar, biz də o məntəqələrdə seçki komissiyalarına maarifləndirmə tədbirləri keçirərdik".   MSK sədri Məzahir Pənahov isə beynəlxalq təşkilatlarla əməkdaşlığın konstruktiv olmalı olduğunu vurğulayıb: "Ümumi şəkildə söylənən fikir tam ədalətsizdir. Ola bilər ki, hansısa seçki məntəqəsində komissiya yaxşı işləməyibsə, bunu ümumi işə şamil etmək düzgün deyil. Niyə nöqsanların müşahidə edildiyini bildirən məntəqələr açıqlanmır? Biz də həmişə deyirik ki, konstruktiv əməkdaşlıq istəyirik, ancaq qarşılığını görmürük".   MSK sədri nəzərə çatdırıb ki, Azərbaycan xalqı üçün ən qiymətli müstəqillikdir və xalqımız da bu müstəqilliyi müdafiə edir: "Azərbaycanda keçirilən seçkilərin qarantı ölkənin prezidentidir. Məhz ona görə də Seçki Məcəlləsinə və qanunvericiliyin tələblərinə baxılsa, seçki komissiyalarının fəaliyyətinə şərait yaradılmasına məsul icra qurumlarıdır və icra qurumlarına da prezident başçılıq edir. Bu, heç bir siyasi məna daşımır, digər inkişaf etmiş ölkələrdə də məhz icra qurumları seçkinin təşkilinə məsuliyyət daşıyır. Seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırılması da bu siyasi iradənin təzahürüdür".   MSK sədri təxribatların qarşısının alınmasında roluna görə hüquq-mühafizə orqanlarına və veb-kameraların fasiləsiz məntəqələrdən görüntü ötürməsini  təmin etdiyi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür edib.apa
Tarix
15 Aprel 2018 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin