Ana səhifə
13 Noyabr 2018

Ronaldinyodan Messi etirafı

Məşhur braziliyalı futbolçu Ronaldinyo "Barselona" günləri ilə bağlı maraqlı açıqlamalar verib.

 

Ucnoqta.az xəbər verir ki, futbolçu o zamankı baş məşqçiləri Frenk Raykardın Lionel Messini əsas heyətə oyunçuların tövsiyəsi ilə gətirdiyini söyləyib.

"Barselona" ilə böyük uğurlar yaşayan Ronaldinyo klubunda forma geydiyi günləri həsrətlə xatırlayır. Kataloniya təmsilçisinə transfer olanda Messinin çox gənc bir oyunçu olduğunu xatırladan braziliyalı maraqlı sərhləri ilə diqqət çəkib: 

"Messini ehtiyat komandada davamlı izləyirdim. Həqiqətən möhtəşəm bir oyunçu idi. Hamımız onu aramızda görmək istəyirdik. Buna görə baş məşqçidən Messinin əsas heyətə gətirilməsini xahiş etdik", - deyə futbolçu söyləyib. 

Argentinalı ulduz ilə Kriştiano Ronaldonu da müqayisə edən braziliyalı sözlərinə belə davam edib: "Ronaldo hərtərəfli oyunçudur. Ancaq Messi daha yaxşıdır. Çünki heç kimin sahib olmadığı bir sehri var".

Qeyd edək ki, Ronaldinyo 2003 - 2008-ci illər arasında formasınını geydiyi "Barselona"da 2 La Liqa və 1 Çempionlar Liqası çempionluğu yaşayıb.(ANS PRESS)

Tarix
4 Dekabr 2014 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin