Rusiya ABŞ-a qarşı sanksiyalar hazırlayır

10:40 - 15 Aprel 2018 - DÜNYA

Rusiya nəqliyyat sahəsində ABŞ-a qarşı sanksiyalar hazırlayır. "Report" "Ren TV"-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Maksim Sokolov bildirib. O, qeyd edib ki, iqtisadi sahədə ABŞ-a qarşı cavab tədbirləri üzərində iş gedir. Lakin nazir Birləşmiş Ştatlara qarşı bu sahədə hansı tədbirlərin görüləcəyi barədə xəbər verməyib. "Mən bu barədə anons verməyəcəm. Biz bunun üzərində işləyirik", - deyə Sokolov bildirib. Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın fiziki və hüquqi şəxslərinin adlarının olduğu sanksiya hazırlayıb.

Xəbər xətti