"Qarabağ" Premyer Liqanın XXIII turuna qələbə ilə başladı

17:57 - 14 Aprel 2018 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, açılış oyunu Gəncədə autsayder "Kəpəz"lə lider "Qarabağ" arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb.  Bu qələbə sayəsində xallarını 56-ya çatdıran "Qarabağ" ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. "Kəpəz" isə 12 xalla sonuncu pillədə qalıb.  Qeyd edək ki, tura aprelin 15-də "Qəbələ" - "Səbail", "Sumqayıt" - "Keşlə" və "Zirə" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.  

Xəbər xətti