Yevlaxda ağır qəza: “KamAZ” “Ford”la toqquşub

11:45 - 14 Aprel 2018 - HADİSƏ

Yevlaxda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının 286-cı kilometrliyində aprelin 14-də saat 02:30-da Yevlax şəhəri ərazisində Bərdə rayon sakini Aydın Vəliyevin idarə etdiyi “KamAZ” və Abşeron rayon sakini Orxan Əliverdiyevin idarə etdiyi “Ford-Tranzit” markalı kiçiktutumlu yük maşını toqquşub. Nəticədə O. Əliverdiyev hadisə yerində ölüb.     Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti