Ana səhifə
17 Noyabr 2018

Lənkəranda qadının qadın tərəfindən öldürülmə Səbəbləri

Dünən Lənkəran şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Anar Mahmudov küçəsi 128 ünvanında 1976-cı il təvəllüdlü Həsənova Sevda Rüstəm qızının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən əmlak mübahisəsinə görə öldürdüyü məlum olub. Bildirilir ki, xeyli müddət əvvəl A.Həsənov G.Salayevanı ikinci arvad kimi evə gətirib. O, qadınları bir evdə yaşamağa razı salıb və hər qadından 2 övladı dünyaya gəlib. Son günlər qadınlar arasında evin kimə qalacağı ilə bağlı mübahisələr olub. Sevdanın Gülşənə rəsmi nikahının olmadığını deməsi və evsiz qalacağı ilə hədələməsi onu özündən çıxarıb. Nəticədə Gülşən Salayeva odunla əri ilə rəsmi nikahda olan qadının başına zərbələr endirib. 42 yaşlı Sevda Həsənova hadisə yerində ölüb. Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tarix
14 Aprel 2018 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin