ABŞ, Böyük Britaniya və Fransa qüvvələri Suriyada iki obyektə hava zərbələri endiriblər

09:09 - 14 Aprel 2018 - DÜNYA

ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada hədfələrə hava zərbələri endiriblər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonda keçirilən brifinq zamanı ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford bildirib. C.Danford deyib: "Gələcəkdə kimyəvi silhaldan istifadəyə yol verməmək üçün ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri şərq sahilləri vaxtı ilə 21:00-da Suriyada hədəflərə hava zərbələri endiriblər. Bizim qüvvələr əməliyyatın planlaşdırılması və həyata keçirilməsi mərhələsində inteqrasiya olunub. Zərbələr endirilən hədəflər Suriya hökümətinin kimyəvi proqramları ilə bağlıdır. Biz həmçinin hədəfləri elə seçmişik ki, dinc əhali üçün riskləri minimum səviyyəyə endirək". O qeyd edib ki, ilk hədəf - Dəməşq rayonunda elmi tədqiqat mərkəzi olub. Bu mərkəzdə kimyəvi və bioloji texnologiyalar istehsal edilir, hazırlannır və tədqiqatları aparılır. İkinci hədəf isə Homsda kimyəvi maddələrin saxlanıldığı obyekt idi. Cozef Danvord bildirib ki, Suriyaya endirilən bu hava zərbələri dalğası başa çatıb.

Xəbər xətti