Sumqayıtda qadın özünü damdan atıb

01:11 - 14 Aprel 2018 - HADİSƏ

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü şəhər sakini Rüstəmova Günay Əlimərdan qızı Stansiya Sumqayıt yaşayış massivində özünü yaşadığı evin damından ataraq intihara cəhd edib. Sumqayıt şəhər TTYX-ya çatdırılan qadının vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti