Əfqanıstan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib

17:01 - 13 Aprel 2018 - Ədəbiyyat

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani bu gün Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ucnoqta.az APA-yam istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Məhəmməd Əşrəf Qaniyə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər xətti