Ana səhifə
15 Noyabr 2018

Kreml "Telegram" mesencerinin bloklanmasını şərh edib

Kreml Rusiyada "Telegram" mesencer proqramının bloklanması qərarına münasibət bildirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin qanunun tələblərini yerinə yetirməməkdən yox, istifadəçilərin hüquqlarını pozmaqdan getdiyini bildirib.

"Rusiya Federasiyasının müvafiq orqanlara müəyyən məlumat toplusu verilməsini tələb edən qanunu var. Bu şərtin yerinə yetirilməsi razılıq əldə etməyə imkan verirdi, lakin, təəssüf ki, belə konsensusu əldə etmək mümkün olmadı", - D.Peskov jurnalistlərə deyib.

Xatırladaq ki, bu gün Moskva şəhər Taqanski məhkəməsi "Roskomnadzor"un tələbini yerinə yetirərək Rusiyada "Telegram" mesencerinə girişi bloklayıb.

Tarix
13 Aprel 2018 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin