Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

14:25 - 13 Aprel 2018 - İDMAN

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunan tədbirdə komandalar final yolundakı rəqiblərini tanıyıb.

London "Arsenal"ı Madrid "Atletiko"suna rəqib olub. Bu cütlüyün mübarizəsini Avroliqada erkən final adlandırmaq olar. 

Yarımfinal

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Qeyd edək ki, yarımfinalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.

Xəbər xətti