Babək prospektində avtomobil iki nəfəri vurub

14:22 - 13 Aprel 2018 - HADİSƏ

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub.
Nəticədə G.Rəfiyeva hadisə yerində ölüb, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti