Yardımlıda kütləvi dava: ölən var

10:48 - 13 Aprel 2018 - HADİSƏ

Yardımlıda qonşular və qohumlar arasında kütləvi dava baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Bürzümübül kəndində qohumlar və qonşular arasında ərazinin müəyyən olunması səbəbindən yaranan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı Bürzümübül kənd sakini, 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyev aldığı xəsarətlərdən ölüb. Digər ailənin üzvü Nuru Mətləb oğlu Haxıəliyev isə xəsarət alaraq Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
B. Rəciyevin ölümündə şübhəli bilinən Nuru Haxıəliyevin oğlu Şirxan Haxıəliyev isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti