Almaniya Suriyada heç bir hərbi əməliyyatda iştirak etməyəcək - Merkel

22:41 - 12 Aprel 2018 - DÜNYA

 Almaniya Suriyada heç bir hərbi əməliyyatda iştirak etməyəcək.SalamNews-un "Haberler"ə istinadən verdiyi xəbərə görə, bunu Almaniya federal kansleri Angel Merkel bəyan edib.

A. Merkel bildirib ki, Şərqi Qutada kimyəvi silah tətbiqinin arxasında Suirya hökumətinin dayandığına dair çoxlu sübutlar var: "Görünür, 2013-cü ildə razılaşdırılsa da, Suriya hökuməti kimyəvi silah ehtiyatlarını tamamilə məhv etməyib. Çox təəssüf edirik ki, BMTTəhlükəsizlik Şurasının üzvləri iclasda Suriyadakı kimyəvi hücumla bağlı heç bir razılaşma əldə edə bilməyiblər".

Xəbər xətti