Ərdoğanla Putin arasında telefon danışığı olub

18:36 - 12 Aprel 2018 - DÜNYA

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, prezidentlər Suriyadakı vəziyyəti, eləcə də Şəqri Gutada kimyəvi silahdan istifadə edilməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə mətbuatı Şəqri Gutadakı hadisə ilə bağlı rəsmi Ankaranın Vaşinqton və Moskva arasında vasitəçilik etdiyini yazıb. 

Xəbər xətti