Bakıda yanğın olub: 1 nəfər xəsarət alıb

17:18 - 12 Aprel 2018 - HADİSƏ

 

Bakının Xətai rayonunda yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 kv.m sahədə divar kağızı yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti