Fransa prezidenti: “Suriyaya hərbi müdaxilə etməklə bağlı qərar qəbul edəcəm”

15:32 - 12 Aprel 2018 - DÜNYA

“Suriyadakı hakimiyyətin (Bəşşar Əsəd hökumətini nəzərdə tutur - "Report") kimyəvi silahdan istifadə etməsinə dair Fransanın əlində təkzibolunmaz dəlil-sübut var”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O deyib ki, Suriyaya hərbi müdaxilə etməklə bağlı qərar qəbul edəcək.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Xəbər xətti