Meşədən oğurluq edənlər tutuldular

11:49 - 12 Aprel 2018 - HADİSƏ

Aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

Ucnoqta.az DİN mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər xətti