Qobustanda 32 yaşlı kişi özünü asıb

10:51 - 12 Aprel 2018 - HADİSƏ

Qobustan rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Qobustan rayonu Təklə kənd sakini, 1986-cı il təvəllüdlü Alıyev Kamil Gülhüseyn oğlu Qobustan şəhərində yaşadığı evin həyətində ağacdan özünü kəndirlə asaraq intihar edib.
Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti