Sumqayıtda təqaüddə olan polisi arvadı döyüb

10:38 - 12 Aprel 2018 - HADİSƏ

Sumqayıt şəhərində ər arvadı tərəfindən döyülüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 24-cü məhəlləsində baş verib.

Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülüb. 

Ağır bədən xəsarətləri alan N.Abışov xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Qeyd edək ki, N.Abışov təqaüddə olan polis əməkdaşıdır. 

Xəbər xətti