Ana səhifə
20 Sentyabr 2018

"Rəcəbov mükəmməl oynadı" - Aleksandr Qrişuk

Rusiya təmsilçisi Aleksandr Qrişuk Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin VI turunda Teymur Rəcəbova məğlub olmasından danışıb.
Ucnoqta.az” AzərTAc-a istinadla xəbər verir ki, rusiyalı şahmatçı deyib: “Teymur Rəcəbov mükəmməl oynadı. Bütün partiyanı yüksək səviyyədə keçirdi. Rahat və təhlükəsiz gedişlərlə təhlükədən yayınmaq istədim. Sadəcə qara fiqurlar sona qədər ağıllı oynadı. Xilas olmaq çox çətin idi. O, oyuna “qədim hind” müdafiəsi ilə başladığı debüt məni təəccübləndirmədi. Sonradan tam fərqli taktika ilə fəal gedişlər etdi. Qara fiqurlar təhlükəni artırmaqla qələbəyə doğru irəlilədi. Teymurun f5 gedişindən sonra isə mən artıq özümü itirdim və oyunu xilas edə bilmədim”.

Tarix
9 Oktyabr 2014 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin