Lənkəranda yol qəzası olub: iki nəfər xəsarət alıb

21:18 - 11 Aprel 2018 - HADİSƏ

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.   Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti