Cəlilabadda ana doğuş zamanı ölüb

14:11 - 11 Aprel 2018 - HADİSƏ

 Cəlilabad rayonunda ana dağuş zamanı ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib. Belə ki, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Yusubova Vəfa Ramazan qızı övladını dünyaya gətirdikdən sonra vəfat edib. İlkin məlumata görə, qadının yaxınları onu xəstəxanaya gec gətiriblər. Hazırda meyit Cəlilabad "morqunda" müayinə edilir. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti