Skripalın qızının saxlanıldığı yer məlum olub

12:05 - 11 Aprel 2018 - DÜNYA

Agent atası ilə birgə zəhərlənən Yuliya Skripalın saxlanıldığı yer məlum olub. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri gizli mənbəsinə istinadən məlumat yayıb. Bildirilir ki, aprelin 9-u Solsberi hospitalından evə buraxılan Yuliya hazırda hərbi bazalardan birinin xəstəxanasına yerləşdirilib. Mənbənin sözlərinə görə, bu addım Skripalın təhlükəsizliyinin qoruması və səhhətini nəzarətdə saxlamaq üçün atılıb. Nəşrin məlumatında o da qeyd edilir ki, həkimlər zəhərlənmənin hər an yenidən fəsad törədə biləcəyini deyiblər. Xatırladaq ki, dünən Yuliya Skripalın evə buraxıldığı barədə məlumatlar yazılsa da, onun aparıldığı yer gizli saxlanırdı.

Xəbər xətti