Rusiyada helikopter qəzaya uğrayıb: ölənlər var

08:16 - 11 Aprel 2018 - DÜNYA

Rusiyanın Xabarovsk şəhərində helikopter qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə "TASS"a Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyatda istintaq idarəsinin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir: "Helikopter küçələrin birinə düşüb, ölənlər var". Agentliyin təcili xidmətlərdəki mənbəyə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 6 nəfər həlak olub.

Xəbər xətti