Ana səhifə
21 Noyabr 2018

Azərbaycanın büdcə gəlirləri proqnozdan artıq olub

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin mədaxili 4 562,9 mln. manat, məxarici isə 4 408 mln. manat təşkil edib. Son nəticədə büdcədə 154,9 mln. manatlıq qalıq yaranıb. "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 3 ay ərzində büdcə gəlirləri proqnozdan 3% çox olub. Vergilər Nazirliyindən büdcəyə 1 436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və yaxud 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Dövlət Gömrük Komitəsi isə büdcəyə 726,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% və yaxud 155,8 mln. manat çoxdur. Büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 79,3 mln. manat təşkil edib. Sair daxilolmalar isə 21,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71% və yaxud 8,8 mln. manat çoxdur. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 2 299 mln. manat vəsait transfert edilib. Yanvar-mart ayları ərzində büdcə xərcləri isə proqnozdan 8,8% çox olub. Xərclərin 40%-i və yaxud 1 761,3 mln. manatı sosialyönümlü (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirməyə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və yaxud 125,6 mln. manat çoxdur. Xərclərin 2 299,1 mln. manatı və yaxud 52,2%-i cari xərclər, 1 627,2 mln. manatı və yaxud 36,9%-i əsaslı xərclər, 481,7 mln. manatı və yaxud 10,9%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərdir. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilib. Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. I rüb ərzində icmal büdcənin gəlirləri 7 062,5 mln. manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 25% çox, xərcləri isə 4 757,9 mln. manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% çox olub. Son nəticədə icmal büdcədə 2 304,6 mln. manatlıq qalıb yaranıb.
Tarix
11 Aprel 2018 [00:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin