Ana səhifə
20 İyul 2018

Türkiyəli jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar

Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov «24 TV», «Habertürk TV», NTV, «A haber», «Ölke TV» telekanallarının, həmçinin «Sabah» və «Axşam» qəzetlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin üzvlərini salamlayaraq onlara rəhbərlik etdiyi qurum ilə əlaqədar məlumat verib. Şuranın 11 aprel Prezident seçkiləri ilə bağlı fəaliyyətindən söz açan Ə.Amaşov vurğulayıb ki, MŞ Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan prosesdə jurnalistlərin peşə vəzifələrini icra etmələrinin monitorinqini aparacaq. Bu məqsədlə qurumun telefon nömrələri seçki günü «qaynar xətt» rejimində işləyəcək. Seçkini işıqlandıran media nümayəndələri hər hansı problemlə üzləşəcəkləri halda bununla bağlı məlumat verə biləcəklər.

Həmçinin MŞ-nin İdarə Heyətinin üzvləri də dairə və məntəqə seçki komissiyalarında jurnalistlərə yaradılmış şəraitlə tanış olacaq, seçkinin gedişini izləyəcəklər. «Mətbuat Şurası medianın seçkiqabağı təşviqat mərhələsindəki fəaliyyətinin də monitorinqini aparıb və bununla bağlı nəticələr geniş ictimaiyyətə təqdim olunacaqdır», - deyə Ə.Amaşov əlavə edib.
Türkiyəli jurnalistlər Azərbaycanda medianın seçkini işıqlandırmasının xüsusiyyətləri ilə bağlı suallar ünvanlayıblar. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə vurğulanıb ki, dünyada, eləcə də Türkiyədə Azərbaycandakı Prezident seçkilərinə maraq böyükdür. Buna görə də Türkiyə və Azərbaycan mediası proseslə bağlı beynəlxalq ictimaiyyətin obyektiv şəkildə məlumatlandırılması istiqamətində müştərək fəaliyyət göstərməlidir.

Qeyd edək ki, görüşdə Türkiyənin Nazirlər Kabineti yanında fəaliyyət göstərən Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin dairə başqanı Həbib Kaya, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədli də iştirak ediblər.
Onu da bildiririk ki, Türkiyəli jurnalistlərin Azərbaycana səfəri qardaş ölkənin Nazirlər Kabineti yanında fəaliyyət göstərən Mətbuat, Yayım və İnformasiya Baş İdarəsi tərəfindən təşkil olunub. Səfərdən məqsəd Azərbaycanda keçiriləcək Prezident seçkilərini işıqlandırmaqdır. 

Tarix
10 Aprel 2018 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin