Ana səhifə
20 Sentyabr 2018

FİFA klublar arasında icarə müqavilələrini ləğv edə bilər

Futbol komandaları arasında icarə müqavilələri ləğv edilə bilər. "Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, FİFA bu məsələ ilə bağlı xüsusi komissiya yaradıb.

Bu komissiyaya Futbolçuların Beynəlxalq Həmkarlar İttifaqının nümayəndələri və keçmiş futbolçular - braziliyalı Kafu, hollandiyalı Edvin van der Sar və Marko van Basten, o cümlədən, Avropa Klubları Assosiasiyası və FİFA nümayəndələri daxildir. 

Bildirilir ki, nəzərdən keçirilən transfer sistemində islahatların aparılması bəndləri sırasında əməyin maksimal ödənişinə məhdudiyyət də var. Yekun qərar FİFA Şurasının oktyabr iclasında təsdiqlənə bilər.

Qeyd edək ki, futbolçuları başqa klublarda icarə əsasında çıxış edən klubların sıyahısına İtaliya "Yuventus"u başçılıq edir. Turin təmsilçisi 41 oyunçusunu icarəyə verib. Azərbaycanda isə daha çox "Neftçi" və "Qəbələ"nin oyunçuları icarədədirlər. 

Tarix
10 Aprel 2018 [22:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin