Ana səhifə
17 Avqust 2018

Prezident seçkiləri günü Mətbuat Şurasında «qaynar xətt» fəaliyyət göstərəcək

Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.

Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.

Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

Azərbaycan Mətbuat Şurası seçki günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq. 

Tarix
10 Aprel 2018 [20:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin