Dünyanın ən yaşlı kişisi bu ölkədə yaşayır

19:15 - 10 Aprel 2018 - MARAQLI

Yaponiyalı Masadzo Nonaka dünyanın ən yaşlı kişisi hesab olunub.

Yaşı 112 il 259 gün olan M.Nonakanın adı Ginnesin rekordlar kitabına salınıb.
25 iyul 1905-ci ildə doğulan şəxs Yaponiyanın Hokkaydo adasında 7 qardaş və bacısı, eləcə də 5 övladı ilə yaşayır. M.Nonaka Ginnes nümayəndələrinə televizora baxmaq və qəzet oxumaqla vaxt keçirdiyini, tort və konfet yeməyi sevdiyini deyib.

Qeyd edək ki, Masadzo Nonaka dünyanın ən yaşlı kişisi olmuş ilk yapon deyil. Ondan əvvəl bu adı 19 aprel 1897-ci ildə doğulmuş və 116 yaşında vəfat etmiş Dziroemon Kimura daşıyıb.

Xəbər xətti