Sumqayıtda piyadanı maşın vuraraq öldürüb

12:04 - 10 Aprel 2018 - HADİSƏ

Sumqayıtda piyadanı avtomobil vurub. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 9-da saat 10 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Tariyel Xəlilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Rəsulovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti