Ana səhifə
15 Noyabr 2018

Bizim Planet: “Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi”

“Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi”. Bu fikirlər “Bizim Planet” verilişində səsləndirilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişi Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və ADA Universitetinin siyasi elmlər doktoru Elnur Soltanovun maraqlı müzakirələri ilə yadda qalıb. 
BMAM mətbuat katibi Aysel Abbasovanın Ucnoqta.az-a verdiyi məlumata görə, ölkə miqyasında mühüm siyasi hadisələrin geniş diskussiya olunduğu verilişdə ilk növbədə Bakı Konqres Mərkəzində baş tutan  Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi, prezident İlham Əliyevin buradakı çıxışı və yekun Bakı Bəyannaməsinin tarixi əhəmiyyəti barəsində tamaşaçılara məlumat verilib.

Bildirilib ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının Bakı görüşü öz əhəmiyyətinə görə xüsusi yer tutur. Bakıda təşkil edilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşündə ümumilikdə 800-dən artıq şəxs iştirak edib.
Qoşulmama Hərəkatının tarixi, ümumi məqsəd və məramları barəsində geniş məlumat verilib. Vurğulanıb ki, prezident İlham Əliyevin Konfransın açılış mərasimində iştirak etməsi, eləcə də öz çıxışında toxunduğu mövzular olduqca əhəmiyyətli idi. Prezident burada, Azərbaycanda mövcud olan siyasi-ictimai sabitlik, dövlətimizin artan siyasi nüfuzu, sürətli iqtisadi inkişafı, beynəlxalq aləmdəki rolu və yeri, son illərdə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətliliyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar,  terrorist bir dövlət kimi beynəlxalq hüquq normalarını pozman Ermənistanın işğalçılıq siyasəti və digər mühüm məsələr ətrafında qonaqlara məlumat verib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci nazirlər konfransında Yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə bəyanatın qəbul olunması Hərəkatın tarixində yeni mərhələnin əsasını qoyub.
Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.
Bildirilib ki, qlobal məsələlər, regional, sub-regional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən Yekun Bakı Sənədi ölkəmizin maraqları baxımından da fundamentaldır.

Verilişdə şərh edilən digər mühüm mövzu dövlətimizin və xalqımızın tarixində yadda qalan aprel döyüşləri olub. Bildirilib ki, dört gün davam edən sözü gedən qəhrəmanlıq səlnaməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaradıb. Aprel hadisələri müanqişənin həll olunmasında tamam yeni bir səhifə açıb. Ordumuzun göstərmiş olduğu şücaət və xalqımızın hərbdə ordu ilə bir ruhda olması dövlətimizin düşmənlər üzərində mühüm qələbəsi kimi qiymətləndirilib.
Qeyd olunub ki, aprel hadiəsələri göstərdi ki, gec ya da tez bir zamanda tarixi torpaqlarımızın geri qaytarılması qələbəmizi qətiləşdirir. 
“Bizim Planet”də müzakirə edilən mövzular arasında Bakı Ekspo Mərkəzində keçirilən “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri olub. 
Bildirilib ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştrakı etdiyi sərgi “Bütün dünya - bir sərgi” şüarı altında nümayiş olunub. 20 ölkəni təmsil edən 277 şirkətin iştirak etdiyi sərgidə Avropa və Asiya ölkələrini təmsil edən şirkətlər yer alıb. Qeyd olunub ki, sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. 

Sərgidə nümayiş etdirilən Qarabağ stendinin böyük maraq doğurduğu xüsusi vurğulanıb. Sərginin təşkil olunmasının əhəmiyyətinə toxunan siyasi şərhçilər bildiriblər ki, sərgi vasitəsi ilə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bərabər ölkəmiz dünya səviyyəli biznes, alış-veriş və istirahət məkanı kimi təbliğ edilir. 

 

 

Tarix
10 Aprel 2018 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin