Göygöldə 6 otaqlı ev yanıb

09:18 - 10 Aprel 2018 - HADİSƏ

Göygöldə ev yanıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun Çaykənd kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti