ABŞ Suriya sahillərinə hərbi gəmi göndərir

09:15 - 10 Aprel 2018 - DÜNYA

Yaxın günlərdə ABŞ HDQ-in “USS Porter” hərbi gəmisi Aralıq dənizinə daxil ola bilər. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-ləri hərbi dairələrdə mənbələrə istinadla məlumat yayıb. Qeyd edək ki, hal-hazırda ABŞ-ın “USS Donald Cook” hərbi gəmisi bölgədədir. Hərbi gəmilərin Suriya ərazisinə zərbələr endirəcəyi ehtimal olunur.

Xəbər xətti