Putin amerikalı generalı mükafatlandırıb

18:07 - 9 Aprel 2018 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Çarlz Boldeni Dostluq Ordeni ilə təltif edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, fərman rəsmi internet saytda dərc edilib.

Məlumata əsasən, Ç.Bolden bu mükafata iki ölkə arasında kosmonavtika sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə layiq görülüb.

Xəbər xətti