Ana səhifə
24 Aprel 2018

“İbtidai insan” animasiya filmi “CinemaPlus” da Azərbaycan dublyajında nümayiş olunub

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Böyük Britaniya və Fransa istehsalı olan “İbtidai insan” animasiya filminin  nümayişi baş tutub. 

Dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Xumar Quluzadə, tərcüməçi və redaktor Vüqar Hüseynov, baş prodüseri Cəfər Axundzadə.
Filmi səsləndiriblər: Əlixan Rəcəbov, Elman Rəfiyev, Nəzakət Məmmədli, Səid Nizami, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev, Vüsalə Məmmədzadə və Xumar Quluzadə.
Ailəvi komediya animasiyai filminin rejissoru Nick Parkdı.
Cizgi film haqqında qısa məlumat: Daş dövrü və daha gec sivilizasiyalar  - hər halda vəhşi əcdadlar, lakin onlar necə də bizə oxşayırdılar. Onların da çoxlu qohumları var idi, kişilər isə sevdikləri qadına görə mübarizə aparırdılar. Onlar zinət əşyaları sevirdilər, dəridən topla oynayırdılar və hər biri birinci olmaq istəyirdi....
 
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

 

 

 

Tarix
9 Aprel 2018 [15:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ