Ana səhifə
16 Noyabr 2018

Lavrov: "Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"

"Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır". APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S. Lavrov xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınıb və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.

Tarix
9 Aprel 2018 [14:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin