Fabio Kapello məşqçilik karyerasını başa vurub

14:27 - 9 Aprel 2018 - İDMAN

 Fabio Kapello məşqçilik karyerasının başa çatdığını açıqlayıb. 72 yaşlı italiyalı mütəxəssis bu barədə özü məlumat verib. 

"Klublar və milli komandalarda çalışdığım üçün çox təcrübə qazanmışam. Son olaraq Çinin "Çzyansu Sunin" komandasında çalışdım. İndi isə təqaüdə çıxmaq qərarına gəldim. Şərhçi kimi fəaliyyət göstərəcəyəm və bunun üçün xoşbəxtəm", - o deyib .

Qeyd edək ki, Fabio Kapello İtaliyanın "Milan", "Yuventus", "Roma" və İspaniyanın "Real Madrid" klublarında baş məşqçi vəzifəsində çalışıb. O həmçinin Rusiya və İngiltərə milli komandalarında da işləyib. report

Xəbər xətti