Ana səhifə
14 Noyabr 2018

Yeni şəhər yaranır: Ələt Bakının tabeliyindən çıxacaq

Yaxın zamanlarda Bakının Baş Planı təsdiq ediləcək

 

 

“Ələt qəsəbəsi Bakıdan ayrılacaq”. Bunu Lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. O qeyd edib ki, Ələt vaxtı ilə Bakının tabeliyinə verilsə də, indi onun tabeliyində qalmasına ehtiyac yoxdur: “Sumqayıtla Bakının arasındakı məsafə Ələtlə Bakının arasındakı məsafədən 3 dəfə azdır”. Şöbə müdiri vurğulayıb ki, bununla bağlı məsələyə Milli Məclisin Regional məsələlər komitəsində "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna uyğun olaraq baxılmalıdır. Komitə rəsmisinin sözlərinə görə, Xırdalan şəhərinin də Bakının tabeliyinə verilməsinə ehtiyac yoxdur: “Əksinə, mərkəzdənqaçma prinsipi güclənməlidir. Ələt qəsəbəsinin inzibati cəhətdən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalmasına ehtiyac görmürəm. Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək”.

DŞAK-nin şöbə müdiri vurğulayıb ki, yaxın zamanlarda Bakının Baş Planı təsdiq ediləcək.

Qeyd edək kİ, Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun inzibati ərazi vahidliyinə daxil olub və 1956-cı ildən Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.

Tarix
9 Oktyabr 2014 [16:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin