Bakıda bankomatdan 174 min manat pul oğurlanıb

12:28 - 9 Aprel 2018 - HADİSƏ

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb.
Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, ilk olaraq jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb.

Xəbər xətti