Sərbəst güləşçilərimiz dünya ikincisi oldular

10:02 - 9 Aprel 2018 - İDMAN

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb. Ucnoqta.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.

Xəbər xətti