Zərdabda "FORD" və "Mercedes" toqquşub: xəsarət alanlar var

21:00 - 8 Aprel 2018 - HADİSƏ

Zərdabda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki,  hadisə bu gün günorta saatlarında Zərdab-Mollakənd yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.   Şahin Şirvan oğlu Cəfərovun idarə etdiyi  "FORD" markalı maşınla İbrahim Rafiq oğlu İsayevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı avtomobilin sərnişinləri - Vahid Əlağa oğlu Həsənov  və onun həyat yoldaşı xəsarət alıblar.   Ş. Cəfərovun xəsarətləri ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta aparılıb.    Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti