Braziliyanın sabiq prezidenti həbs olunub

11:50 - 8 Aprel 2018 - DÜNYA

Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb. "Report" "Globo" kanalına istinadən xəbər verir ki, o, hava limanından vertolyotla müvəqqəti kameranın hazırlandığı federal polis idarəsinin binasına gətirilib. Eyni zamanda, bina ətrafına keçmiş prezidentin həbsinə etiraz edən kütlə yığışıb. Hərbiləşdirilmiş polis etirazçıların dağıdılması üçün səs qumbaraları və rezin güllələrdən istifadə edib.

Xəbər xətti